Bakı. Trend:
Bu gün səhər saatlarında İranın Tehran şəhərindən Məşhəd şəhərinə gedən sərnişin avtobusu Simnan vilayətində yük maşını ilə toqquşub.
Trend-in məlumatına görə, bunu İranın Simnan vilayəti Tibb Elmləri Universitetinin təcili yardım üzrə idarəsinin direktoru Pejman Qəraian yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, qəza nəticəsində 25 nəfər xəsarət alıb. Hadisə yerinə 5 təcili yardım maşını və 1 ədəd təcili yardım avtobusu cəlb olunub. Yaralılardan 22 nəfəri tibb mərkəzlərinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Tehran-Məşhəd yolunun Simnan vilayəti hissəsində yol hərəkəti qaydalarına riayət olunmamasına görə, bir çox yol qəzası qeydə alınır.