Bakı. Trend:
Bu gün Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilib.
Bu barədə Trend-ə BFB-dən məlumat verilib.
Bildirilib ki, qeyd olunan istiqrazların yerləşdirilməsi onların Bakı Fond Birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2003019893 |
|
İstiqraqzların növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
|
Ticarət üsulu/forması |
Kütləvi / Abunə yazılışı |
|
İstiqrazların sayı |
200,000 (ədəd) |
|
İlkin ticarət qiyməti |
1000 ABŞ dolları |
|
Buraxılış həcmi |
200,000,000 ABŞ dolları |
|
İllik gəlirlilik faizi |
6% |
|
Ödəmə periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə) olmaqla |
|
Tədavül müddəti |
5 il |
|
Ticarətə buraxılma tarixi |
İstiqrazların yerləşdirilməsinə onların fond birjasında ticarətə buraxılmasından sonra baş tutacaq. |
|
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |
