...

Ağdam Sənaye Parkının rezidenti məhsul ixracına başlayıb

İqtisadiyyat Materials 14 Yanvar 2025 16:16 (UTC +04:00)
Ağdam Sənaye Parkının rezidenti məhsul ixracına başlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ilk dəfə olaraq müxtəlif çeşiddə qoruyucu ayaqqabı və poliuretan çəkmələrin ixracı həyata keçirilib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) məlumat verilib.

Qeyd olunub ki, İZİA-nın idarəçiliyində olan Ağdam Sənaye Parkının daha bir rezidenti məhsul ixracına başlayıb.

Bildirilib ki, müxtəlif çeşiddə qoruyucu ayaqqabı və poliuretan çəkmələrin istehsalı üzrə ixtisaslaşmış “BAFCO İnvest” MMC tərəfindən Rusiya, Qazaxıstan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərinə məhsul ixrac edilib.

Hazırda “BAFCO İnvest” MMC Avropa ölkələrinə məhsul ixracı istiqamətində danışıqlar aparır.

Qeyd edək ki, Ağdam Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən və Almaniyanın tanınmış Desma markasının avadanlıqları ilə təchiz olunan fabrikin illik istehsal gücü 510 000 cüt ayaqqabı təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti