...

Hakerlər ilk dəfə olaraq “iPhone15”i sındırdılar

Maraqlı Materials 14 Yanvar 2025 11:05 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kibertəhlükəsizlik üzrə tədqiqatçı Tomas Rot USB-C vasitəsilə “Apple”ə aid smarfonların təhlükəsizlik sistemini sındırmağın yolunu öyrənib.

Trend xəbər verir ki, bu haqda “Apple Insider” nəşrində məqalə dərc olunub.

Məqaləyə əsasən, Rot bu nailiyyətini 38-ci “Chaos Communication” konqresində ictimaiyyətlə bölüşüb. Mütəxəssis “iPhone”un istifadə etdiyi ACE3 USB-C kontrolunun proqram təminatını müvəffəqiyyətlə sındıra bilib.

Tomas Rot bildirir ki, bu “Apple”ın USB-C sistemini dəstəkləyən ilk smartfonu sayılan “iPhone 15”in bazara çıxarıldığı (2023-cü ilin payızı) andan ilk belə haldır. Tədqiqatçı sistemdə boşluğu tapdıqdan sonra, kontroloru yenidən proqramlaşdırıb, nəticədə təhlükəsizlik protokollarından yan keçməyi mümkün edib.

O əmin edir ki, bu yolla sistemə daxil olan “haker” kontroloru məsafəli şəkildə də idarə edə bilir. Amma bunun üçün kibercinayətkarın “qurbanın” smartfonuna fiziki girişi və xüsusi USB naqili olmalıdır.

"Apple" şirkəti hələlik mütəxəssisin bu iddiasını şərh etməyib.

Xəbər lenti

Xəbər lenti