...

Zelenski və Makron Fransa hərbi kontingentinin Ukraynada yerləşdirilməsi imkanını müzakirə ediblər

Dünya xəbərləri Materials 14 Yanvar 2025 01:22 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Trend xəbər verir ki, Zelenski Ukraynanın mövcud müdafiə ehtiyacları, o cümlədən müxtəlif növ hava hücumundan müdafiə sistemləri və yüksək dəqiqlikli uzaqmənzilli silahlar haqqında məlumat verib. O, həmçinin Fransaya Ukraynanın silah istehsalının maliyyələşdirilməsində və artilleriya mərmilərinin alınmasında iştirak etməyi təklif edib.

Zelenski və Makron yaxın gələcəkdə görüşmək barədə razılığa gəliblər. Həmçinin, mümkün variantlardan biri kimi Fransanın Ukraynaya hərbi kontingentlərin yerləşdirilməsi təşəbbüsü, onun həyata keçirilməsi, genişləndirilməsi və digər ölkələrin cəlb edilməsi üçün əməli addımlar müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti