...

Ermənistan və ABŞ nüvə sahəsində əməkdaşlıq sazişi üzrə danışıqlara başlayıb - Mirzoyan

Dünya xəbərləri Materials 14 Yanvar 2025 23:22 (UTC +04:00)
Ermənistan və ABŞ nüvə sahəsində əməkdaşlıq sazişi üzrə danışıqlara başlayıb - Mirzoyan
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan və ABŞ nüvə sahəsində əməkdaşlıq sazişi üzrə danışıqlara başlayıb.

Trend-in məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda ABŞ ilə strateji tərəfdaşlıq üzrə komissiyanın sənədinin imzalanması mərasimi zamanı bildirib.

Mirzoyan qeyd edib ki, Ermənistan sülh gündəminə sadiq qalmağa davam edir və ümumi məqsədə çatmaq üçün ABŞ ilə fəal əməkdaşlıq edir:

“Biz ABŞ ilə 123 Sazişi kimi tanınan nüvə sahəsində əməkdaşlıq sazişi üzrə danışıqlara başlayırıq. Bu, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq üçün zəmin yaradacaq və ən yüksək təhlükəsizlik və yayılmama standartlarına uyğun olaraq dinc nüvə inkişafına sadiqliyimizi vurğulayacaqdır. Strateji tərəfdaşlığımızın Xartiyasında təsbit olunmuş iddialı məqsədləri həyata keçirmək üçün ABŞ-nin yeni administrasiyası ilə əməkdaşlığı davam etdirməyə hazırıq”.

Xəbər lenti

Xəbər lenti