...

Britaniya Azərbaycan, Qazaxıstan və Braziliya təyyarə qəzasının müstəqil araşdırılmasını dəstəkləyir - Stiven Dauti

Siyasət Materials 15 Yanvar 2025 04:35 (UTC +04:00)
Britaniya Azərbaycan, Qazaxıstan və Braziliya təyyarə qəzasının müstəqil araşdırılmasını dəstəkləyir - Stiven Dauti
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniya hökuməti, Azərbaycan Hava Yolları aviaşirkətinə məxsus təyyarənin dekabrın 25-də baş vermiş qəzası ilə bağlı müstəqil və hərtərəfli bir araşdırma işinə Braziliya, Azərbaycan və Qazaxıstanı dəstəklədiyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Britaniya parlamentində Mühafizəkarlar partiyasının üzvü Vendi Mortonun Britaniya hökumətinə ünvanladığı sualın cavabında məlumat verilib. Morton, Britaniyanın qəza ilə bağlı beynəlxalq araşdırmanın mahiyyətini necə qiymətləndirdiyini soruşub.

Britaniya Xarici İşlər Nazirliyində Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Dauti, bu hadisədə həlak olanların ailələrinə başsağlığı verərək bildirib ki, Britaniya rəsmiləri Azərbaycan və Qazaxıstan rəsmiləri ilə bu məsələyə dair sıx təmaslarını davam etdirir. O, həmçinin qeyd edib ki, Britaniya bu məsələdə müstəqil araşdırmanı dəstəkləmək məqsədilə tərəflərlə intensiv əməkdaşlıq edir.

Bu dəstək Britaniyanın beynəlxalq əməkdaşlıq və humanitar təşəbbüslərə sadiqliyini nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti