...

Naxçıvanda vergi daxilolmaları 37%-dən çox artıb

İqtisadiyyat Materials 14 Yanvar 2025 13:58 (UTC +04:00)
Naxçıvanda vergi daxilolmaları 37%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda vergi daxilolmaları 37,6 faiz artıb.

Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ildə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 226,6 milyon manatdan çox vergi daxil olub ki, bu da 2023-cü ilə nisbətən 37,6 faiz və ya 61,9 milyon manat çoxdur.

Qeyd olunub ki, ötən il Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 130,2 faiz icra edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti