Bakı. Trend:
Rusiyada internetin çökməsinin səbəbi məlum olub.
Trend xəbər verir ki, səbəbi “Roskomnadzor” açıqlayıb.
Belə ki, qısa bağlantı kəsilməsi Rusiyada internetin tam çökməsinə gətirib çıxarıb.
Eyni zamanda bildirilib ki, internet artıq bərpa olunmağa başlayıb.
“Bağlantıda qısa müddətli problem aşkar edilib. İctimai Rabitə Şəbəkəsinin Monitorinq və İdarəetmə Mərkəzinin növbətçi xidmətləri tərəfindən şəbəkənin fəaliyyəti operativ şəkildə bərpa edilib”, - "Roskomnadzor"dan qeyd edilib.
xxx
18:39
Rusiyada internet tamamilə çöküb.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata əsasən, problem demək olar ki, bütün operatorlar və provayderlərdə müşahidə edilir.
“Roskomnadzor”dan bildirilib ki, internetin çökməsinin səbəbi məlum deyil.