...

YARAT Müasir İncəsənət Məktəbinin ikinci buraxılış tələbələrinin “SONLUQDAN SONSUZLUĞA” yekun sərgsini təqdim etdi (FOTO)

Mədəniyyət Materials 14 Yanvar 2025 15:54 (UTC +04:00)
YARAT Müasir İncəsənət Məktəbinin ikinci buraxılış tələbələrinin “SONLUQDAN SONSUZLUĞA” yekun sərgsini təqdim etdi (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı YARAT Müasir İncəsənət Məktəbinin ikinci buraxılış tələbələrinin “SONLUQDAN SONSUZLUĞA” yekun sərgsini təqdim etdi.

YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın müəllifliyi ilə bir il müddətində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidissiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramlarını uğurla həyata keçirmişdir. Yekun nəticə olaraq, 30 tələbə proqramın müxtəlif incəsənət sahələrinə yiyələnərək 4 fərqli buraxılış layihələrini hazırlamışlar.

YARAT Müasir İncəsənət Məktəbinin “Sonluqdan sonsuzluğa” adlanan builki final sərgisi birillik nəzəri kursun uğurlu nəticəsini qeyd edərək, sərginin açılışında iştirak edən 700-ə yaxın tamaşaçı kütləsinə unikal və rəngarəng multimedia şousu təqdim etdi. Bu sərgi tələbə art-menecerlərinin təşkilatçılığı ilə tələbə kuratorların və rəssamların bədii ifadələrini bir araya gətirir. Ekspozisiyanı formalaşdıran dörd kurator layihəsinin mərkəzində bu məktəbin rəhbəri Sabina Şıxlinskayanın “sonluğu sonsuzluğa çevirmək cəhdi ilə üfüqə doğru hərəkət” konsepsiyası dayanır.

Hegel fəlsəfəsinin dialektik arqumentasiya metoduna görə, hərəkət bizi qaçılmaz olaraq başladığımız nöqtəyə gətirib çıxarır. Beləliklə, biz “sonsuz sayda sonluqlar” ilə qarşılaşırıq. Lakin sonluqlar bu sərhəddə daim qeyb olurlar. Həqiqi sonsuzluq özündə iki əsas aspekti birləşdirir: sonsuzluğun özü və daim formalaşan sonluq. Bu sonsuzluqda sonluq yox olur və yalnız həqiqi sonsuzluq, yəni öz-özlüyündə mövcud olan varlıq qalır, çünki artıq başqa heç nə mövcud olmur.

Müasir insanın aktual mövcudluğu, özünün həqiqi mənasında, iki qütb arasındakı gərginlikdən – dünyəvi və ilahi, mükəmməl və natamam, həqiqət və yalan, nizam və xaosdan qaynaqlanan bir vəziyyət kimi açılır. Bu mövcudluq, “indinin sərhədlərini gələcəyin imkanlarına doğru dəyişməklə” öz ifadəsini tapır. Sonsuzca uzaqlaşan üfüqün ardınca qaçmaq isə, məhz müasir insanın qismətidir.

Sərgi: “Sonlqdan sonsuzluğa”
Kurator: Sofiya Frank
Art menecer: Tunar Amirov
Rəssamlar: Ellada Ağayeva, Xəyalə Əkbər, Aliya The Mushroom

“Dəyişkən kimliklər” sərgisi
Kurator: Mənsurə Məmmədəliyeva
Art menecer: Nigar Nağdıyeva
Rəssamlar: Ramil Aliev, Fidan Əbilova, Sabina Jafar, Lemontin, Aytac Məcnun, Darya Safarova, Nara Safarova, Valentido

“Utopiyanın fraqmentləri” sərgisi
Kurator: Murad Mir-zadə
Art menecer: Aqnessa Tariverdiyeva
Rəssamlar: Aliya Bayramova, Jalə Əzizova, Leyla İsayeva, Zərifə Ramazanova, Kamran Vəlizadə, Məryam Yusifəliyeva, Timur Zaripov (xylith)

“3-ün dairəsindən azadlığa bir nəfər” sərgisi
Kurator: Əminə Manafova, Elçin Hüseyn
Art menecer: İbrahim Mirzəyev
Rəssamlar: Nurlan Babazadə, Bəxtiyar Zaidzadə (BAXO), Lamia Kamilova

Sərgilərin tarixləri: 10 yanvar – 2 fevral

Sərgilərin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00-20:00
Məkan: XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyi

Xəbər lenti

Xəbər lenti