...

Ölümcül zəhərə malik yeni hörümçək kəşf olunub (FOTO)

Dünya xəbərləri Materials 14 Yanvar 2025 19:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avstraliyali alimlər Sidney qıf hörümçəyinin daha böyük və daha zəhərli növünü kəşf ediblər.

Trend xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, kəşf olunmuş yeni növ dünyanın ən ölümcül təsirə malik zəhəri olan hörümçəklərindən hesab olunur və ona “Big Boy” ləqəbini veriblər.

Yeni növü üzə çıxarmış Avstraliya Sürünənlər Parkının keçmiş rəhbəri və hörümçək tədqiqatçısı Keyn Kristensen bu növün həm bədən ölçülərinin, həm zəhər vəzilərinin, həm də köpək dişlərinin daha iri olması ilə seçildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti