Bakı. Trend:
Rusiya-Ermənistan münasibətləri indiki mərhələdə asan deyil.
Trend xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.
"Bugünkü münasibətlərə gəlincə, rəsmi səviyyədə onlar asan deyil", - nazir bildirib.
Ermənistan rəsmiləri son illər Rusiyanı dəfələrlə tənqid ediblər. Xüsusilə, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakını dondurub və 1992-ci ildən Rusiya sərhədçilərinin paytaxt hava limanında fəaliyyətini dayandırıb.
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında ötən il oktyabrın əvvəlində Moskvada keçirilən sonuncu görüşdən sonra Ermənistan tərəfi Rusiya sərhədçilərinin İranla sərhəddəki keçid məntəqəsini tərk edəcəyini də bəyan edib.