...

İranın Azərbaycana qeyri-neft məhsul ixracı artıb

İqtisadiyyat Materials 14 Yanvar 2025 14:12 (UTC +04:00)
İranın Azərbaycana qeyri-neft məhsul ixracı artıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 9 ayı (20 mart -20 dekabr 2024) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə (21 mart -21 dekabr 2023) müqayisədə dəyər baxımından 24,8%, çəki baxımından 14,2% artıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.

Statistikada bildirilir ki, cari İran ilinin 9 ayı (20 mart -20 dekabr 2024) ərzində İran Azərbaycana 512 milyon dollar dəyərində təxminən 650 min ton qeyri-neft məhsulları ixrac edib.

Ötən İran ilinin 9 ayı (21 mart -21 dekabr 2023) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı 410 milyon dollardan çox dəyərdə 569 min ton təşkil edib.

Statistikada deyilir ki, İran Azərbaycana, əsasən, kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.

Əlavə edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, cari İran ilinin 9 ay ərzində İranın qeyri-neft məhsul ixracı 43,1 milyard dollar dəyərində 116 milyon ton təşkil edib. 9 ayda İranın qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 18%, çəki baxımından 13,8% artıb.

Xəbər lenti

Xəbər lenti