Bakı. Trend:
Ötən il yaşa görə əmək pensiyası alanların sayı məlum olub.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində 31 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bildirilib ki, onların 72,6%-ni kişilər, 27,4%-ni isə qadınlar təşkil edib.