Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 45,4 milyon dekalitr (dkl) alkoqolsuz içki istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına isitinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə ölkədə alkoqolsuz içki istehsalı 3 milyon dkl və ya 9,7% artıb.
2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 41,4 milyon dekalitr alkoqolsuz içki istehsal edilmişdi.
Ötən ilin dekabrın 1-nə hazır məhsul ehtiyatı isə 510,2 min dkl təşkil edib.
İllik müqayisədə hazır məhsul ehtiyatı 64,5 min dkl, yəni 14,5% artıb. 2023-cü ilin eyni dövründə hazır məhsul ehtiyatı 445,7 min dkl olub.