...

AZAL-ın təyyarəsinin "qara qutu"larının deşifrə edilməsi KİV-lərdəki ilkin qənaətləri təsdiqləmir - Lavrov

Siyasət Materials 14 Yanvar 2025 15:12 (UTC +04:00)
AZAL-ın təyyarəsinin "qara qutu"larının deşifrə edilməsi KİV-lərdəki ilkin qənaətləri təsdiqləmir - Lavrov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin "qara qutu"larının deşifrəsi mətbuatda çıxan bəzi ilkin qənaətləri təsdiqləmir.

Trend xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.

"İstintaq çərçivəsində Braziliyada xüsusi görüş keçirdi, biz "qara qutu"ları açdıq, onların məzmunu artıq kifayət qədər maraqlı məlumatlar verib. Bu məlumatlar bizi bir daha əmin edir ki, tam araşdırmanı gözləmək lazımdır", - o bildirib.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti