Bakı. Trend:
Tbilisinin Ortaçala rayonunda məcburi köçkünlərin məskunlaşdığı yaşayış binalarından birində güclü partlayış baş verib.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər həlak olub, üç nəfər, o cümlədən, bir azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıb.
Partlayış yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə baş verib və ilkin araşdırmaya görə, buna səbəb qaz sızması və ya binanın qaz şəbəkəsində olan nasazlıq olub.