Bakı. Trend:
Türkiyənin məşhur futbol mütəxəssisi Emre Belözoğlu yenidən məşqçilik fəaliyyətinə başlayıb.
Trend-in məlumatına görə, 44 yaşlı mütəxəssis "Antalyaspor" klubunun yeni baş məşqçisi təyin olunub.
Belözoğlu, bir gün əvvəl istefaya göndərilən Aleks de Souzanı əvəz edəcək. Klub rəhbərliyi ilə onun arasında 2026-cı ilin yayına qədər etibarlı müqavilə imzalanıb.
Qeyd edək ki, Emre Belözoğlu bundan əvvəl "Fənərbaxça", "Başakşəhər" və "Ankaragücü" kimi klublarda çalışıb və təcrübəsi ilə diqqət mərkəzində olub.