Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Kaliforniyada kütləvi meşə yanğınlarından zərər çəkmiş bölgələrə səfər etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson jurnalistlərə açıqlama verib.
"Mən prezident Trampla təxminən 90 dəqiqə əvvəl danışdım. O, fəlakətin təsirlərini şəxsən qiymətləndirmək üçün Cənubi Kaliforniyaya səfər etməyi düşünür," - deyə Conson bildirib.
Xatırladaq ki, yanvarın 7-də Los-Anceles qraflığında başlayan meşə yanğınları quru və küləkli hava şəraitinin təsiri ilə sürətlə yayılmağa başlayıb. Meteoroloqlar, hazırkı hava şəraitinin yanğınla mübarizəni çətinləşdirdiyini bildirirlər.