Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən beş sığorta şirkətinə icrası məcburi göstəriş verilib.
Trend xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, sözügedən sığorta şirkətləri “Atəşgah Həyat”, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Xalq Həyat”, “İpək Yolu Sığorta”, “AzRe Təkrarsığorta”, “AzSığorta” Açıq Səhmdar Cəmiyyətləridir (ASC).
Belə ki, AMB tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində sözügedən şirkətlərin “Sığorta fəaliyyəti haqqında” qanunda risklərin təkrarsığortalanması ilə bağlı müəyyən edilmiş tələblərin təmin edilmədiyi məlum olub.
Mərkəzi Bank bu məqsədlə sözügedən sığorta şirkətlərinə Qanunun 102.2.9-cu maddəsinə əsasən icrası məcburi olan göstəriş verib.