Bakı. Trend:
ABŞ prezidenti Co Bayden Ağ Evi içi dövlət sənədləri, o cümlədən, məxfi sənədlərlə dolu yük maşınları ilə tərk etməyə hazırlaşır.
Trend xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
“Əşyaların və sənədlərin köçürülməsi üçün yük maşınları artıq Ağ Evdədir və Baydenin əməkdaşları sənədləri artıq maşınlara yükləməkdədirlər, belə ki, o, artıq gələn həftə Ağ Evi tərk etməyə hazırlaşır.
Hakimiyyətdən gedən administrasiya Ağ Evdən hansı məxfi sənədlərin çıxarılacağının yoxlanılması üçün yeni və daha təhlükəsiz protokol vəd edib”, - deyə agentliyin məlumatında deyilir.