Bakı. Trend:
Ötən gecə (15 yanvar) Gürcüstanın Batumi şəhərində “Gürcüstan naminə” müxalifət partiyasının lideri, keçmiş baş nazir Giorgi Qaxariya hücuma məruz qalıb.
Trend xəbər verir ki, bu barədə Gürcüstan KİV-də məlumat yayılıb.
Qaxariyanın yerli xəstəxanaya çatdırıldığı bildirilsə də, hadisənin təfərrüatı barədə heç bir məlumat verilmir.
Bununla belə, Batumi xəstəxanasından jurnalistlərə Qaxariyanın vəziyyətinin sabit olduğu və tibbi yardımın göstərilməsindən sonra onun öz istəyi ilə xəstəxananı tərk etdiyini bildiriblər.