Bakı. Trend:
Bələdiyyə seçkilərində səsvermə keçiriləcək məntəqələrin sayı 5846-ya çatıb.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
MSK sədri qeyd edib ki, seçicilərin sayı isə 5,96 milyondan çoxdur.
Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərlə əlaqədar 16 128 nəfərin namizədliyi qeydə alınıb.