...

Rusiya və Azərbaycan Xəzər məsələlərini həll etmək üçün işçi qrupu yaradıb - Lavrov

Siyasət Materials 14 Yanvar 2025 15:47 (UTC +04:00)
Rusiya və Azərbaycan Xəzər məsələlərini həll etmək üçün işçi qrupu yaradıb - Lavrov
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və Azərbaycan Xəzərin dayazlaşması ilə bağlı məsələləri həll etmək üçün ikitərəfli işçi qrupu yaradıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RF diplomatiyasının 2024-cü ildə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

RF diplomatiyasının rəhbəri qeyd edib ki, tərəflər işçi qrupunu beştərəfli formata keçirməyi planlaşdırır. Lavrov əlavə edib.

“İndi ikitərəfli işçi qrupu yaratmışıq və Xəzəryanı dövlətlərin hamısının bu işdə iştirak etməsi üçün onu beştərəfli formata keçirməyi təklif etmək istəyirik. Sözsüz ki, biz beynəlxalq arenada da əməkdaşlıq edirik”, - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti