...

Hamiləlik və zahılıq dövründə fiziki aktivliyin faydaları

Cəmiyyət Materials 14 Yanvar 2025 13:05 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Fiziki aktivlik hamiləlik və zahılıq dövründə qadın və onun uşağı üçün çox faydalıdır.

Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da həkim fizioterapevt Çinarə Hacıyeva açıqlayıb.

Onun sözlərinə görə, sağlam qadın hamiləlik dövründə həftədə ən azı 150 dəqiqə sürətli yeriş kimi fiziki aktivliklə məşğul olmalıdır:

“Bunu təbii ki, bir dəfəyə deyil, həkimin nəzarəti ilə həftədə 3 dəfə 10-15 dəqiqədən başlayaraq gündəlik 30-45 dəqiqəyə qədər artırmaqla etmək olar.

Fiziki aktivlik, vaxtından əvvəl doğuş və düşük ehtimalını azaldır. Lakin hamilə qadında vaxtından əvvəl doğuş, cift gəlişi, uşaqlıq boynunun zəifliyi, yüksək qan təzyiqi, qanaxma olarsa, ehtiyatlı olmalı, mütləq həkimdən məsləhət almalıdır. Fiziki aktivlik zamanı bədəninizin istilik durumunun çox artmamasına diqqət yetirmək lazımdır. Kifayət qədər maye qəbul edin və isti havada fiziki aktivlikdən çəkinin”.

Fizioterapevt sonda qeyd edib ki, fiziki aktivliklə yanaşı hamilə xanımlar qidalanmalarına da xüsusi diqqət yetirməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti