Bakı. Trend:
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib.
Məlumata görə, 118 saylı Ağdam-Xocalı, 68 saylı Sabirabad - Şirvan, 86 saylı Ağcabədi, 72 saylı Cəlilabad kənd seçki dairələrinin tərkibində dəyişiklik edilib.
Məsələ ilə bağlı qərarlar səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərlə əlaqədar 16 128 nəfərin namizədliyi qeydə alınıb.