...

Ötən il Culfa KES-də istehsal edilən enerji istehsalının həcmi açıqlanıb

Yaşıl iqtisadiyyat Materials 14 Yanvar 2025 16:20 (UTC +04:00)
Ötən il Culfa KES-də istehsal edilən enerji istehsalının həcmi açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Culfa Külək Elektrik Stansiyasında istehsal edilən enerjinin həcmi artıb.

Trend-in sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən bildirilib ki, bu rəqəm 477 min kVt-saat olub.

Qeyd edək ki, ərazidə külək enerjisinin inkişafı istiqamətində görüləcək işlərinin davamı olaraq yeni qurulan 132/110/35/10 kV Culfa yarımstansiyası yaxınlığında əkinə yararsız ərazidə ayrılmış sahədə ümumi gücü 0,3 meqavat olan Culfa Külək Elektrik Stansiyası tikilmişdir. Bu ərazidə küləyin orta sürəti 6 m/san-dan artıqdır ki, bu da külək enerjisi üçün əlverişli texniki-iqtisadi potensialın olmasını göstərir.

Culfa Külək Elektrik Stansiyası 31 oktyabr 2022-ci ildə istismara verilib. Stansiyada il ərzində 666,62 min kilovat-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti