Bakı. Trend:
Moskva Bakı ilə əlaqələrin inkişafını yüksək qiymətləndirir, əlaqələr etibarlı xarakter daşıyır.
Trend xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.
"Rusiya-Azərbaycan münasibətlərinə gəlincə, mən onları çox yüksək qiymətləndirirəm. Bu münasibətlər etibarlıdır, prezidentlər müntəzəm ünsiyyət qururlar, qapalı mövzular yoxdur. Onlar Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev hökumətləri yeni qarşılıqlı faydalı layihələr axtarmağa təşviq etmək üçün işlər görürlər", - o bildirib.