Bakı. Trend:
Yanvarın 15-də İran prezidenti Məsud Pezeşkian dövlət səfəri ilə Tacikistana gələcək.
Trend-in məlumatına görə, Tacikistan Xarici İşlər Nazirliyi bu barədə açıqlama yayıb.
Səfər zamanı Tacikistan və İran arasında ikitərəfli əməkdaşlığın geniş spektri üzrə yüksək səviyyəli danışıqlar aparılacaq. Müzakirələrdən sonra bir sıra yeni əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir. Səfər çərçivəsində iki ölkə arasında Ticarət, İnvestisiya və Turizm Forumu da keçiriləcək.
Bu həftə prezident Pezeşkian Rusiyaya da səfər edəcək və orada prezident Vladimir Putinlə görüşəcək. Yanvarın 17-də tərəflər Kremldə strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar. İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, saziş 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir.