...

SOCAR Karbamid zavodunun rəqəmsal transformasiyası istiqamətində görüləcək işlər məlum olub (ÖZƏL)

İqtisadiyyat Materials 21 Yanvar 2025 11:16 (UTC +04:00)
SOCAR Karbamid zavodunun rəqəmsal transformasiyası istiqamətində görüləcək işlər məlum olub (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR Karbamid Zavodunda Rəqəmsal Transformasiya layihəsi çərçivəsində bir sıra işlərin icrası planlaşdırılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq SOCAR-dan bildiriblər.

“2025-ci ildə aşağıdakı işlərin davam etdirilməsi planlaşdırılır:

1.Beynəlxaq standartlara uyğun olaraq, Aktivlərin Performans İdarəetməsinin qurulmasının davam etdirilməsi;

2.Qabaqcıl Proses İdarəetməsi sisteminin qurulması;

3.Robotik Proseslərin Avtomatlaşdırılması;

4.“Emissiyaların İdarə Edilməsi layihəsi” üzrə yeni monitorinq sisteminin quraşdırılması;

5. Avtomatik idarəetmə sistemlərinin yenilənməsi;

6. Müəssisə proseslərinin rəqəmsal analizi üçün “Digital twin (əkiz)”;

7. Mühəndislik sənədləri və layihələrin idarə edilməsi, həmçinin digər layihələrin icrası”, - şirkətdən bildiriblər.

Qeyd edək ki, Azərbaycanın karbamidə olan tələbatı SOCAR-ın Karbamid zavodu tərəfindən təmin edilir. Təməli 2011-ci ildə qoyulan Karbamid zavodunun açılış mərasimi 16 yanvar 2019-cu il tarixində baş tutub. Sumqayıt şəhərində yerləşən zavodun layihələndirilməsi və tikintisi ammonyak istehsalı üzrə Danimarkanın “Haldor Topsoe” və karbamid istehsalı üzrə Niderlandın “Stamicarbon B.V” şirkətlərinin texnologiyası əsasında Cənubi Koreyanın “Samsung Engineering” şirkəti tərəfindən həyata keçirilib. Finlandiyanın “Neste Engineering Solutions” şirkəti layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub və 18 milyon adam-saatdan çox iş həcmi qəzasız şəraitdə yerinə yetirilib.

SOCAR-ın Karbamid zavodu, istismara verildiyi dövrdə ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olub. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM), habelə “Societe Generale” (Fransa), “Deutsche Bank” (Almaniya) və “UniCredit” (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Həmçinin, layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən, təxminən, 100 milyon avro məbləğində vəsait ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti