...

Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib

Dünya xəbərləri Materials 20 Yanvar 2025 11:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı: Trend:

Rusiyada “Sukhoi Superjet” sərnişin təyyarəsi texniki səbəbə görə uçuşdan sonra Şeremetyevo aeroportuna geri dönməli olub.

Trend xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata görə, yanvarın 19-da Rusiyaya məxsus sərnişin təyyarəsi Moskvadan Saranska hava reysini yerinə yetirən zaman şassinin nazaslığı barədə xəbərdar edən sensor işə düşüb və pilotlar aeroporta geri qayıtmağı məqsədəuyğun biliblər.

Problemin olmasına baxmayaraq pilotlar layneri problemsiz şəkildə yerli vaxtla 20.50-də hava limanına endirə biliblər.

Qeyd edək ki, sərnişin təyyarəsinin göyərtəsində 72 sərnişin olub və heç kim xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti