...

Azərbaycan XİN Türkiyə tərəfinə mehmanxanadakı yanğında ölənlərlə bağlı başsağlığı verib

Siyasət Materials 21 Yanvar 2025 14:36 (UTC +04:00)
Azərbaycan XİN Türkiyə tərəfinə mehmanxanadakı yanğında ölənlərlə bağlı başsağlığı verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması ilə bağlı Türkiyəyə başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.

"Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti