Bakı. Trend:
Təxminən 70 mindən artıq müşahidəçi qeydə alınıb. Min məntəqədə isə veb-kamera fəaliyyət göstərəcək.
Trend xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib
O bildirib ki, media nümayəndələri də Azərbaycanın bütün bölgələrində seçkidə fəal iştirak edə biləcəklər:
“Hesab edirəm ki, seçkinin keçirilməsində aşkarlıq baxımından bütün tələbləri yerinə yetirəcəyik”, - MSK sədri əlavə edib.
Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.