Bakı. Trend:
Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh müqaviləsi ilə bağlı danışıqlar aparırlar.
Trend xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, XİN rəhbərlərinin növbəti görüşünün vaxtı və yeri barədə razılaşma yoxdur.
"Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarımız davam edir. Xarici İşlər Nazirlikləri daha çox sülh müqaviləsi layihəsi üzrə danışıqlar aparırlar. Mütəmadi şəkildə bu işlər həyata keçirilir. Ötən il ərzində bir neçə görüş baş tutmuşdu. Hazırda növbəti görüşün vaxtı və yeri barədə hər hansı konkret bir razılaşma yoxdur", - nazir bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsi ilə bağlı proses 2025-ci ildə də davam etdiriləcək.
"Ermənistandan ciddi əməli addımlar gözləyirik", - nazir əlavə edib. .