...

Türkiyə Hələbdə baş konsulluğunun fəaliyyətini bərpa edib

Dünya xəbərləri Materials 20 Yanvar 2025 14:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Hələbdəki baş konsulluğu 13 illik aradan sonra fəaliyyətini bərpa edib.

Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, baş konsulluq tədricən əməkdaşlarının sayını artıracaq və əhaliyə xidmətlər göstərməyə başlayacaq. Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Bürhan Keroğlu “Bəs” partiyasının hakimiyyətdən getməsindən sonra Ankaranın Suriyanın inkişafına dəstək olacağını bildirib.

“Biz uzun illər ərzində qəbul etdiyimiz suriyalı qardaşlarımızın sağ-salamat evlərinə qayıtması üçün əlimizdən gələni edəcəyik. Türkiyə və Suriya arasındakı münasibətlər inkişaf edəcək və biz Suriyanın dünyaya çıxışı prosesinə dəstək olacağıq”, - deyə o bildirib.

Xatırladaq ki, Türkiyənin Dəməşqdəki səfirliyi isə dekabrın 14-də fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti