Bakı. Trend:
35 il bundan əvvəl Moskvadan qatarın içində gizlincə buraya gəlmişdim.
Trend xəbər verir ki, bunu məşhur fotoqraf Reza Deqati deyib.
O bildirib ki, ərazi insanlarla dolu olub:
"Hamı ağlayırdı. Bakı yolları bağlı idi. Xarici jurnalistləri buraya gəlməyə qoymurdular. Təkcə mən bunu edə bildim. Parisdən Moskvaya, oradan da Bakıya gəldim. Məni tutsaydılar, yox edəcəkdilər”.
O vurğulayıb ki, 3 gün Bakıda gizlincə çəkiliş apara bilib:
“Bütün baş verən hadisələri çəkdim. Morqda şəhidləri tapdım, xəstəxanada yaralıların şəkillərini çəkdim.
Bakı sovet tankları ilə dolu idi. Çəkilişdən sonra saxta sənədlə Moskvaya qayıtdım, daha sonra isə Parisə getdim. Moskvada Parisdən buraya operanı çəkməyə gəldiyimi demişdim”.