Bakı.Trend:
Serbiyanın Belqrad şəhər kənarında yerləşən qocalar evində gecə saatlarında güclü yanğın baş verib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub, daha 7 nəfərin yaralandığı bildirilir.
Serbiyanın əmək və sosial yardım naziri Nemanya Staroviç yanğında insan faktorunun olduğunu, ilkin versiyaya görə onun qəsdən törədildiyini bildirib.
İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.