...

Estetik cərrahlarla bağlı aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb - Kamran Əliyev

Cəmiyyət Materials 20 Yanvar 2025 11:39 (UTC +04:00)
Estetik cərrahlarla bağlı aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb - Kamran Əliyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Diplomla xidmət göstərən estetik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş prokurorluq birgə komissiya yaradıb. SN-in müraciəti əsasında, faktlarla bağlı cinayət işi açılıb. İstintaq davam etdirilir.

Trend xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, gedişat barədə mütəmadi olaraq məlumat veriləcək:

“Bununla bağlı təşkilati, qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı Baş Prokurorluq, Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb. Onlar bu problemin kökünün səbəblərini araşdırıb, gələcəkdə baş verməməsi üçün tədbirlər planı hazırlayıb həyata keçirəcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti