...

Qəzzada ölənlərin sayı 47 mini keçib

Dünya xəbərləri Materials 20 Yanvar 2025 18:21 (UTC +04:00)
Qəzzada ölənlərin sayı 47 mini keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il oktyabrın 7-dən Qəzza zolağında aparılan hərbi əməliyyatlarda həlak olan fələstinlilərin ümumi sayı 47 mini keçib.

Trend-in məlumatına görə, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi "Telegram" kanalında yazıb.

Məlumata əsasən, Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının gərginləşməsi 47 035 nəfərin həyatına son qoyub, 111 000-dən çox insan isə yaralanıb.

Nazirlik bildirib ki, son 24 saat ərzində anklavda daha 122 nəfərin cəsədi aşkar edilib. 340-dan çox fələstinli Qəzzadakı tibb müəssisələrinə tibbi yardım üçün müraciət edib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti