Xocalı. Trend:
İşğaldan azad olunmuş Xocalı rayonunda infrastrukturun yenidən qurulması, ekoloji tarazlığın bərpası məqsədilə böyük yaşıllıq sahələri salınır.
Trend xəbər verir ki, Xocalı şəhərində geniş tikinti bərpa quruçuluğu işləri ilə bərabər yaşıllıq sahələrinin də yenidən qurulmasına xüsusi diqqət yetirilir.
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq eldar şamı, şərq çinarı, leylandii, italyan şamı, ağcaqayın, zeytun kimi ağac növləri, həmçinin müxtəlif dekorativ kollar və çiçəklər əkilir. Yerli və dekorativ ağac növləri yenidən qurulan şəhərə bir başqa gözəllik verir. Ağacların suvarılması və yaşıllıq sahələrinə qulluq xususi diqqətdə saxlanılır. Ərazidə yeni yaşıllıq sahələrinin artırılması bundan sonra da davam etdiriləcək.
Qeyd edək, işğal dövründə digər yaşayış məntələri kimi Xocalı şəhərində yerləşən yaşıllıq sahələri də ermənilər tərəfindən məhv edilmişdi.
Xatırladaq ki, bu günə qədər Xocalı şəhərinə 52 ailə 204 nəfər köcürülüb. Köç prosesi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, mərhəlləli şəkildə davam etdiriləcək.