Bakı. Trend:
Yanvarın 19-da Azərbaycanla uzunmüddətli müqavilə əsasında “Bulqarqaz” şirkətinə təbii qazın nəqli bərpa edilib.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Xatırladaq ki, 2025-ci il yanvarın 6-da yaranan texniki problemlər barədə şirkətə bildiriş daxil olub, bu səbəbdən Azərbaycandan qaz təchizatı 7 yanvar 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılıb.
Bü müddət ərzində “Bulqarqaz” müxtəlif mənbələr vasitəsilə müştərilərinin bütün müraciətlərini təmin etməyə davam edib. Bunlara "Çiren" yeraltı qaz anbarında ehtiyatlar, Türkiyədə saxlanılan əvvəllər gətirilən mayeləşdirilmiş təbii qazın idxalı, eləcə də Yunanıstanın Aleksandrupolis terminalından mayeləşdirilmiş təbii qazın tədarükü daxildir.