Bakı. Trend:
Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 3000 manat dəyərində mobil telefon və aksesuarların oğurlanması barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 27 yaşlı A.Xudaverdiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.