Bakı. Trend:
ABŞ-nin prezidenti Donald Trampın göstərişi ilə ölkənin bayrağı Birləşmiş Ştatların Moskvadakı səfirliyi üzərində qaldırıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, bundan əvvəl Moskvadakı diplomatik nümayəndəlik üzərindəki Amerika bayrağı keçmiş prezident Co Baydenin göstərişi ilə yarıya qədər endirilmişdi.
Ötən gün prezidentlik vəzifəsinə başlayan Tramp dövlət başçısının andiçmə mərasimi zamanı hökumət binaları üzərində bayraqların endirilməsini qadağan edən fərman imzalayıb.
Qeyd edək ki, bayrağın yarıya endirilməsində məqsəd dekabrın 30-da 101 yaşında vəfat etmiş keçmiş prezident Cimmi Karterin xatirəsini anmaq olub.