...

İşə düzəltmə adı altında 57 nəfəri aldadan şəxs saxlanılıb (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2025 11:27 (UTC +04:00)
İşə düzəltmə adı altında 57 nəfəri aldadan şəxs saxlanılıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “xanımların işlə təmin edilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən Hacıqabul rayonunda həyata keçirilən tədbirlərlə qeyd edilən kibertalama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Cəfərov saxlanılıb.

Araşdırmalarla R.Cəfərovun sosial şəbəkələrdə özünü işədüzəltmə şirkətlərinin birinin nümayəndəsi kimi təqdim etdiyi və 57 nəfərin pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti