Bakı. Trend:
20 yanvar tarixində Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyində 1990-cı il 20 Yanvar tarixində baş vermiş faciəvi hadisələrin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Azərbaycanın İsraildəki Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri, o cümlədən 20 yanvar hadisələrinin canlı şahidləri olan şəxslər iştirak ediblər.
Tədbir 20 yanvar gecəsi şəhid olmuş şəxslərin xatirəsini yad etmək üçün 1 dəqiqəlik sükutla başlamışdır. Daha sonra tədbir iştirakçılarına 20 Yanvar hadisələrini təsvir edən qısa metrajlı filmi nümayiş edilmişdir. Film nümayişindən sonra, Azərbaycan Respublikasının İsrail Dövlətində Səfiri Muxtar Məmmədov, AZİZ Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov və 20 Yanvar hadisələrinin canlı şahidləri olan Azərbaycan diasporunun nümayəndələri tərəfindən müzakirə formatında çıxışlar olub.
Qeyd edək ki, çıxış edən şəxslər arasında Shimon Peres 20 Yanvar gecəsi təcili tibbi yardım xidmətində çalışmış, Petr Lukimson həmin dövrdə Bakıda nəşr olunan “Elm” qəzetinin redaktoru və hadisələri işiqlandıran jurnalistlərdən biri olub, Azərbaycan Dövlət Radiosunun ictimai-siyasi verilişlər şöbəsinin keçmiş redaktoru Viktoriya Dolinskaya və onun həmkarları isə həmin gecə Sovet tankları tərəfindən hücuma məruz qalmış jurnalistlər arasında olublar, lakin xilas olublar.