Bakı. Trend:
Yanvarın 25-də fələstinli məhbusların azad edilməsi müqabilində Qəzza zolağında saxlanılan israilli girovların ikinci qrupu azad ediləcək.
Trend-in məlumatına görə, müvafiq bəyanat Fələstinin HƏMAS hərəkatıınTelegram kanalında paylaşılıb.
"HƏMAS təsdiq edir ki, məhbus mübadiləsinin ikinci mərhələsi [İsraillə razılığa əsasən] planlaşdırıldığı kimi - şənbə, yanvarın 25-də baş tutacaq", - deyə bildirilib.
O gün azad edilməsi planlaşdırılan girovların sayı barədə hələlik məlumat yoxdur.