...

"Xiaomi" rekord akkumlyator tutumuna malik smartfon buraxacaq

Maraqlı Materials 20 Yanvar 2025 17:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin “Xiaomi” korporasiyası yüksək akkumlyator tutumu – 7500 milliamper/saat olan yeni smartfon istehsal edəcək.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər mlumat yayıb.

Məlumata əsasən, “Redmi” seriyasından olacaq ağıllı cihaz şirkətin “subflaqmanına” çevriləcək. Mütəxəssislər qeyd edirlər ki, buna qədər 7500 milliamper-saat həcminə malik akkumlyatorlar yalnız xüsusi peşə sahibi olan istifadəçilər üçün nəzərdə tutulan smartfonlarda mövcud idi. Bu baxımdan çinli brendin yeni smartfonu bu baxımdan rekorda imza atacaq.

İri tutumlu akkumlyatora malik “Xiaomi” smartfonunun relizi bu ilin sonuna kimi həyata keçməlidir.

Texnologiya insayderləri iri istehsalçılar arasında “akkumlyator müharibəsinin” davam etdiyini iddia edir.

Bundan əvvəl “İce Universe” 2026-cı ildən etibarən Samsung korporasiyasının silikok-karbon əsaslı batareyaları olan smartfonlar buraxacağını yazıb. Sözügedən batareyalar litium-ion əsas akkumlyatorlarla müqayisədə daha az təhlükəlidir.

Xəbər lenti

Xəbər lenti