...

Türkiyədən Yunanıstana xalça ixracında artım müşahidə olunub

Dünya xəbərləri Materials 20 Yanvar 2025 17:00 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin Yunanıstana xalça ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq, 14 milyon 640 min 6 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Yunanıstana 736 min 77 dollar məbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 18,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq, 2 milyard 867 milyon 477 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 247 milyon 411 min dollar məbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3,2 faiz azalıb.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 2 milyard 867 milyon 411 min dollar məbləğində xalça ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti