Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ölkənin neft və qaz hasilatını artırmaq məqsədilə ölkənin enerji sahəsində fövqəladə vəziyyət elan edir.
Trend xəbər verir ki, bu barədə Donald Tramp and içmə mərasimi zamanı çıxış edərkən deyib.
"İnflyasiya böhranına kütləvi həddən artıq xərclər və enerji qiymətlərinin artması səbəb oldu və buna görə də bu gün mən milli enerji fövqəladə vəziyyəti elan edəcəyəm. Biz qazma işləri aparacağıq!" - deyə o vurğulayıb.
Bundan əlavə, D.Tramp seçkiqabağı vədlərini yerinə yetirərək Alyaskanın təbii ehtiyatlarından fəal şəkildə istifadə etmək və qaz avadanlıqlarını federal məhdudiyyətlərdən qorumaq niyyətindədir.