...

Bizim vəzifəmiz - Cənubi Qafqazda gənc nəslə dialoq və qarşılıqlı anlaşma əsasında qurulan bir sülh təmin etməkdir – “Tofiq Abbasovla Dialoq” verlişində Salman Qəmbərov (FOTO/VİDEO)

Siyasət Materials 21 Yanvar 2025 10:50 (UTC +04:00)
Bizim vəzifəmiz - Cənubi Qafqazda gənc nəslə dialoq və qarşılıqlı anlaşma əsasında qurulan bir sülh təmin etməkdir – “Tofiq Abbasovla Dialoq” verlişində Salman Qəmbərov  (FOTO/VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dillərin aciz olduğu, səslərin və sözlərin sərhədində, musiqi başlayır. O xalqları, mədəniyyətləri və könülləri birləşdirən gözəgörünməz bir teldir.

Bunu "Baku Network" platformasında “Tofiq Abbasovla dialoq” analitik layihəsinə qatılan görkəmli cazmen, Azərabycanın xalq artisti Salman Qəmbərov bildirib.

Salman Qəmbərov – sadəcə musiqiçi deyil, o özündə keçmişin müdrikliyini və gələcəyin harmoniya meyllərini daşıyan dövrümüzün səsidir. Onun dedikləri – musiqi ilə bağlı ümumi söhbətlərin fövqündədir. O Cənubi Qafqaz xalqlarına ünvanlanmış manifestdir: musiqi siyasi, tarixi və milli münaqişələrin səbəb olduğu uçurumların üzərində salınmış körpü ola bilər.

“Musiqi anlaşılmazlıq divarlarını sökərək insanları birləşdirir. O, stereoptipləri gücsüzləşdirir və təcüməçiyə vəya vasitəçiyə ehtiyac qalmadan onu dinləməyə və hiss etməyə məcbur edir ”,-deyə Qəmbərov bildirib

Bu fikir onun üçün yalnız fəlsəfi bir konsepsiya deyil, yaşadığı bir reallıqdır. 2010-cu ildə Tbilisidə keçirilən "Qafqaz Caz" festivalında Qəmbərov beynəlxalq bir kollektivin üzvü olub. Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyədən olan musiqiçilər birgə çıxış edərək sadəcə musiqi deyil, bir dialoq yaradıblar.

“Biz bir komanda idik: erməni saksafonçu, gürcü zərb alətləri ifaçısı, türkiyəli basçı və mən, azərbaycanlı pianoçu. Biz Tbilisidə, Vilnüsdə çıxış edirdik, amma sonra bu layihə bağlandı. Niyə? Çünki biz öz torpaqlarımızı qaytardıq. Sonra birdən məlum oldu ki, dostluq yalnış müəyyən şərtlərdə mümkün olur. Bu ağrılıdır və yanlış bir şeydir”, - deyə o bildirib.

Amma Qəmbərovun fikrincə bu ağrı heç də ruhdan düşməyə əsas vermir, əksinə hərəkətə keçmək üçün bir çağırışdır.

Onun üçün musiqi – yalanla mübarizə vasitəsidir. O, Fikrət Əmirovun bəzi əsərlərinin erməni musiqisi kimi təqdim edilməsini kəskin şəkildə tənqid edir və bunu "tamamilə bayağılıq" adlandırır.

"Fikrət Əmirov bir dahi idi, onun oğlu Cəmil isə atasının yolunu davam etdirir. Mədəniyyət bizim kimliyimizdir. Əgər biz yalana və orta səviyyəli yanaşmalara mədəniyyətimizi zəbt etməyə imkan versək, özümüzü itirəcəyik", – deyə o vurğulayır.

Keçmiş günləri yada salan Qəmbərov, 1987-ci ilin hadisələrinə qayıdır; həmin vaxt o Dilican musiqi festivalında iştirak edirdi. O həmin festivalda musiqidən bir milli təbliğat vasitəsi kimi istifadə olunduğunu xatırlayır.

Qəmbərov ona inanır ki, yaradıcı elita dəyişikliklərin lokomotivinə çevrilə bilər. Amma bunun üçün ictimai rəyin qorxusundan azad olmaq və irəliyə addım atmaq lazımdır.

Qəmbərovun fikrincə musiqi, Cənubi Qafqaza itirilmiş etimadı qaytara bilər. Bu, sadəcə keçmişə nostalji baxış deyil, nəsillərin sülh içində yaşayacağı, yeni bir mədəniyyət yaradacağı bir gələcəyə can atmaqdır.

"Biz geriyə deyil, irəliyə baxmalıyıq. Gənc nəsillər bizdən nümunə gözləyir. Bizim vəzifəmiz dialoq və qarşılıqlı anlaşma əsasında qurulmuş bir sülh təmin etməkdir. Musiqi bizi xilas edə bilər. Amma yalnız biz bunu istəsək", – deyə o fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti